Milonov Ukrayna bayrağını zibil qutusuna atdı


Milonov  Ukrayna bayrağını zibil qutusuna atdı

Sankt-Peterburq qanunverici məclisinin deputatı Bitaliy Milonov Ukrayna bayrağını zibil qutusuna atıb. Deputat bu addımı şənbə günü Kievdə aktivistlərin Rusiya səfirliyinin binasını yumurta atəşinə tutub, dövlət bayrağını çırması hadisəsinə cavab olaraq atdığı bildirilir.

Yenises.ru-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə Sankt-Peterburqdakı Ukrayna baş konsullugunun binası qarşısında keçirilən piketdə 40-dan çox etirazçı iştirak edib. İştirak edənlərin əksəriyyəti “Molodaya qvardiya””nın nümayəndələri həmçinin, pravoslav və vətənpərvər aktivistlər olub.

O da bildirilir ki, V.Milonov bazar günü olduğundan Ukrayna höküməti üçün gətirdiyi “”hədiyyə””ni verə bilmədiyində Ukrayna bayrağı ilə bərabər qutuya iylənmiş donuz salası, donuz ayağı və intim oyuncaq atıb.

Bundan əvvəl Kiyevdə yüzlərlə aktivist Rusiya səfirliyinin qarşısına toplaşaraq oranı yumurta yağışına tutub, binanın damından Rusiya bayrağını qopararaq cırıblar. Onlar rus diplomatlarından dərhal Kiyevi tərk edib Moskvaya dönmələrini tələb ediblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir