Milyonların səsi olan Mirzə Xəzər vəfat etdi


Milyonların səsi olan Mirzə  Xəzər  vəfat etdi
Tanınmış jurnalist, publisist Mirzə Xəzər Münhendə dünyasını dəyişib. Bu haqda ilk xəbər “Azadlıq qəzeti”” nin Facebook səhifəsində məlumat verilib.

1947-ci ildə Azərbaycanın Göyçay şəhərində doğulan Mirzə Kərim oğlu Mikayılov 1973-cü ildə Baki Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayıb. 1987-2003-cü illər ərzində Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

1990-cı ildə 20 Yanvar faciəsi baş verən gecə informasiya blokadasında qalan Azərbaycanın səsini dünyaya çatdırmışdır.

Allah rəhmət eləsin!

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir