Miqrantlara aministiya verilə bilər, amma ödənişli


Miqrantlara aministiya verilə bilər, amma ödənişli
Miqrantın pulunu al, qanuni status ver, sonra hər hansı bir hüququ tələb et! Miqrasiya fedrasiyası bunu təklif edir. Hökümət isə konkret cavab vermir…

Ekspertləin hesablamasına görə miqrasiya aministiyası verilərsə, bu Rusiya büdcəsinə ən azı 100 milyardlarla manat gətirər. Bunu Rusiya Miqrantları federasiyasının prezidenti Muhhamed Amin Mucamer “Russkaya qazeta” müxbiri ilə söhbətində bildirib.

Xatırladaq ki, miqrasiya aministiyası hələ ötən il eskpertlər cəmiyyətində aktiv müzakirə olunmuş, bu ideyaya biznes ombudsmanı Boris Titov da tərəfdar olmuşdu. Hökümət bu məsələnin xeyrinə son qərarını verməmişdi. Hətta Federal Miqrasiya xidməti bu ideyanın əleyhinə çıxış etmişdi. Lakin təklif hələ də gündəmdən düşməmiş və bu il miqrasiya aministiyası ətrafında disskusiyaların davam edəcəyi gözlənilir.

“Mən hesab edirəm ki, insanlar leqallaşma prosedurasına görə pul ödəməli deyillər, təbii ki. Amma aministiya, məsələn, ölkədən vaxtında getməmək kimiv bəzi inzibati qaydaları pozanlara tətbiq edilməlidir. Onlar leqal status almaqdan ötrü 5 min və ya 10min rubl məğləbində cərimə ödəməlidirlər. Bu gün miqrantlar vasitəçilərə işə icazə vəsiqəsi və ya bu kimi başqa sənədlərdən ötrü 30-40 min rubl pul ödəirlər. Və milyardlarla rubl pullar “gölgə sektoru”nda əyirir-deyə Muhammed Amin Macumder söyləyib.

Aministiya özündə hansı tədbirləri əks etdirə bilər? Miqrasiya federasiyası təklif edir ki, bu çərçivədə miqrantlara 3 illik müvəqqəti yaşayış icazəsi verilsin. Bu müddət ərzində onlar bütün qaydalara qiayət etməklə konkret bir regoinlda yaşamalı, və 3 min rubldan az olmayaraq (işlədi-işləmədi) mütəmadi vergi ödəməlidirlər. Bununla yanaşı 3 il ərzində yaxşı səviyyədə rus dilini də mənimsəmələri də məcburidir.

Əgər miqrant bu şərtlərdən birini pozarsa,məsələn, yaşadığı bölgəni tərk edərsə, o zaman onun Rusiyaya gəlişinə 3-5 il qadağa qoyulsun. Yox əgər bütün bunlara əməl edib, heç bir qaydanı pozmazsa, o zaman onun yaşama icazəsi huququ olsun.

“Ümumlikdə əgər miqrantın leqal statusu varsa, o insandan nəyisə tələb etmək olar. Əgər miqrant “quş hüququ” ilə yaşayırsa, ondan necə rus dilini, qanunlarını və mədəniyyətini bilməsini tələb etmək olar?”-deyə miqrantlar federasiyasının başçısı deyir.

Federal Miqrasiya xidmətinin məlumatına görə Rusiyada orta hesabla 3,5 miliyon qeyri-leqal qastarbayter yaşayır.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir