Miqrantlara nəzarət üçün daha bir təşkilat gəlir


Miqrantlara  nəzarət üçün daha bir təşkilat gəlir

Rusiyada prezident yanında milli məsələlər işi üzrə xüsusi təyinatlıların meydana çıxacağı haqqında “İzvestiya” qəzeti məlumat verib. Milli məsələlər üzrə Obudsman postunun yaradılması 2012-ci ilin sonuna planlaşdırılır.

Bu vəzifəyə namizədlər içərisinidən prezidentin milli mədəniyyət işləri üzrə məsləhətçisi Vladimir Tolstoyun, həmçinin Dövlət Dumasının vəkili Hacimət Səfərəliyevin adı hallanır. Ombudsmanın kim olacağı hələ qərara alınmayıb.

Dövlət Dumasında milli məsələlər komitəsinə rəhbərlik edən Səfərəliyev “İzvestiya” qəzetinə müsahibəsində Ombudsman yaradılması planında xəbəri olduğunu bildirib. Ona bu vəzifə təklif edilərsə imtina edəcəyini də söyləyib, lakin milli məsələlər işi üzrə səlahiyyətlilərə məsləhətlər verə biləcəyini də qeyd edib.

2012-ci ili iyununda RF prezidenti Putin tərəfindən milli munasibətlər üzrə prezident şurası yaradılıb. Şuranın işinə görə onun öhtəsində olan əsas tapşırıq “RF dövlət milli siyasətinin məqsəd və vəzifələrinin konseptual əsaslarına baxılması ”dır.

Milli münasibətlər üzrə prezident şurasının yaradılmasına “Millətlərarası anlaşmanı təmin etmək” qərarıyla baxılmış və Putnin inauqurasiyası günü -7 mayda imzalanmışdı. O zaman da bildirilirdi ki, şuranın vəzifəsi Putinin milli məsələlərə həsr olunmuş seçkiqabağı məqaləsi əsasında hazırlanıb. Putin vaxtaşırı miqrasiya qaydalarını və qeydiyyat normalarını pozmağa görə cinayət məsulliyəti tətbiq etməyi , həmçinin miqrantları rus dilindən məcburi imtahana vadar etməyi təklif edirdi.

2011-ci ilin sonunda Putin hələ baş nazir vəzifəsini icra edəndə yeni Milli məsələlər işi üzrə nazirliyin təsis olunacağını inkar etmirdi, lakin sonra bundan imtna edildi.

İndi isə miqrantalara nəzarət üçün yeni səlahiyyətlilər gəlir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir