Miqrantları “saxta qeydiyyata”” almağa görə cinayət cəzası qanunu”


Miqrantları "saxta qeydiyyata"  almağa  görə cinayət cəzası qanunu
Rusiya Dövlət Duması miqrantların “rezin ofislərdə”” qeydiyyatı ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmağı tələb edən qanunu təsdiqləyib.

Xarici vətəndaşların yaşayış yeri olmayan binalarda saxta qeydiyyata alınmasından dolayı həbs cəzası istənilən qanun layihəsi Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib. Bu haqda məlumat parlamentin aşağı palatasının rəsmi saytında dərc olunub.

“”Əvvəllər yalnız evlər və mənzillərdə saxta qeydiyyata görə cavabdehlik tələb olunurdu””-deyə məlumatda bildirilir.

Dövlət Dumasından onu da qeyd ediblər ki, xarici vətəndaşın saxta qeydiyyatı deyiləndə qanundan onun haqqında dəqiq məlumat verilməməsi və qeydiyyatda olduğu ünvanda yaşamağının planlaşdırmaması nəzərdə tutulur. Bundan başqa əgər miqrantlaı onların çalışmadığı təşkilatın ünvanında qeydiyyata götürülərlərsə, buna görə də cəza gözlənilir.

Qanunu pozanları çalışdığı işə qadağa qoyulmaqla 3 ilə qədər həbs cəzası, ittiham olunduğu müddətdə 100 mindən 500 min rubla qədər məbləğdə və ya maaşı, digər gəliri həcmində cərimə gözləyir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir