Miqrantların FMX-də qeydiyyata düşmə müddəti qısaldıldı


Miqrantların  FMX-də  qeydiyyata  düşmə müddəti qısaldıldı
Rusiya höküməti komissiyası əmək miqrantlarının vergi qeydiyyatına düşmə müddətinin 3 günədək qısaldılmasını nəqərdə tutan qanun layihəsini təsdiq edib. Bu haqda hökümətin saytında məlumat verilir.

Qanun layihəsi Rusiya Federal Miqrasiya xidməti (FMX) tərəfindən hazırlanıb. Ehtimal olunur ki, miqrantların vergi qeydiyyatına düşməsi onların qanuni əmək fəaliyyətinə nəzarət etməyə imkan yaradacaq.
Dəyişikliklər “Xarici vətəndaşların Rusiya Federasiyasında hüquqi statusu haqqında” qanuna və Rusiya Vergi kodeksinə tətbiq ediləcək.

Bu son aylarda əmək miqrantlarının Rusiya Federasiyasında olmasını tənzimləyən yeganə qanunverici təşəbbüsdür. Rusiya prezidenti V. Putin 2013-cü ilin yanvarında Dövlət Dumasına qeydiyyat pozuntularına görə cərimənin artırılması haqqında qanun layihəsi təqdim etmişdi. Təqdim olunan sənəd Kremlin “rezin evlərdə” qanunsuz qeydiyyata düşən miqrantlara qarşı ölçü götürülməsi istəyindən doğandır.

Bundan başqa 2012-ci ilin dekabrında Putin yaxın illərdə xarici vətəndaşların Rusiyaya gəlişinin yalnız pasportla həyata keçirilməsini (o cümlədən MDB vətəndaşları) bəyan etmişdi.

Eyni zamanda “Yedinaya Rossiya” partiyasından olan deputatların Dövlət Dumasına təqdim etdikləri qanun layihəsində miqrantların əmək haqqını plastik kartlarla almasını məcburiləşdirilməsini qanuniləşdirmək istəyirlər.

FMX-dən 2012-ci ilin oktyabrında verilən məlumat görə Ruisyada 3,5 milyon qeyri-leqal miqrant yaşayır. O zaman Miqrasiya xidmətindən bildirilirdi ki, Rusiyaya hər il 10-12 milyon xarici vətəndaş gəlir, onlardan 70-80 faizi MDB vətəndaşlarıdır. Onlardan bir hissəsi oxumağa, bir hissəsi dostlarını görməyə, çox hissəsi isə qazanc dalınca gəlir.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir