Mirəşrəf Fətiyev İlhamə Quliyevanı məhkəməyə verəcək?


Mirəşrəf Fətiyev İlhamə Quliyevanı məhkəməyə verəcək?
Başını qalmaqala salan İlhamə Quliyevaya bir zərbə də Dünya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyevdən gəldi.

İlhamə Quliyevanın rusiyalı iş adamı, diaspora rəhbəri Hacı Mirəşərf Fətiyevə 35 min dollar borcu olduğu haqqında xəbərə aydınlıq gətirmək üçün onunla əlaqə saxladıq.

Hazırda İsveçin Malmo şəhərində işgüzar səfərdə olan DAK sədri bizimlə telefon söhbətində müğəninin ondan 35 min dollar borc aldığını təsdiq etdi.

“İlhamə Quliyeva qaytarmaq şərtilə məndən 35 min dollar borc alıb. Yaxın zamanlarda borcunu qaytarmazsa, hüquqi yola əl atacam”-deyən Mirəşrəf Fətiyev onu məhkəmə ilə hədələdi.

Tünzalə Vəliqızı, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir