Misir prezidentinə ultimatum verilib


Misir prezidentinə  ultimatum  verilib
20 milyondan çox mirisli imazsı ilə prezidentin getməsini istədiklərini təsdiqləyiblər. Hərbiçilər onun bu gün hakimiyyətdən könüllü istefa etməsinə vaxt qoyublar. Bu vaxt saat 19:00-da bitəcəkdi.

Yerli “Al-Ahram” qəzeti Mursi getməzsə, hərbuçilər onu zorla getməyə məcbur edəcəyini yazmışdı. Bir sonrakı xəbərdə ordu bu məlumatı təkzib etdi.

Mursi prezident postunu tərk etməzsə, hərbiçilər tərəfindən hazırlanmış “yol xəritəsi” elan ediləcək.

Ordu onlardan birinin başçılıq edəcəyi neytral müvəqqəti hökümət yaradılmasını təklif edir. 9 ay sürəcək keçib müddətində isə yeni konstitusiya hazırlanacaq. Bundan əlavə 3 nəfərdən ibarət prezident soveti təşkil eiləcək, onun da başçısı Misirin Konstitusiya məhkəməsinin sədri olacaq.

Misirin müdafiə naziri Abdulfattah as-Sizi “xaqlın tələbini yerinə yetirmək üçün” siyasi qüvvələrə iki gün vaxt vermişdi.

Bundan əvvəl də Misir müxalifəti prezidentdən könüllü istefa verib, yenidən təcili seçkilər keçirilməsini tələb etmişdi.
Misirdə konflikt islamçı-prezident idarəetməsinə qarşı aksiyadan sonra 30 iyunda daha da kəskinləşib.

Ixişaşlar ikinci gün Qahirə universitetinin qarşısında on minlərlə Muhammed Mursi tərəfdarının etiraz aksiyası ilə davam edib. Universitet yaxınlığında çərşənbə axşamı gecəsi baş verən toqquşmada 16 nəfər ölüb və 200-ə yaxını isə yaralanıb.

Mursi özü televiziya ilə şıxış edərək istefaya getmək fikrində olmadığını bildirib. “Yalana inanmayın. Sizin inqilabla əldə etdiyinizi çalmaga imkan verməyin, -deyə “Reuters” dövlət başçısının sözlərindən sitat gətirib. -Biz bir-birimizə qarşı cihad etməməliyik. Biz yalnız düşmənlərimizə cihad elan edirik”

Müdafiə naziri Abdulfattah as-Sizi isə: “Öz qanımı xalqımı terrorçu, radikal və axmaqlardan xilas etmək üçün təkməyə hazıram”-deyib. Bu məlumat silahlı qüvvələrin Facebook-dakı səhifəsində yazılıb.

“Əl-Ərabiyə” kanalı Misir ordusunun telemərkəzi nəzarətə aldığını məlumat verib. Binanın ətrafında tanklar var. Həmin mərkəzdən yayımlanan kanalın xəbərində deyilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir