Misirdə “Müsəlman qardaşlar”ın namizədi qalib gəldi


Misirdə “Müsəlman qardaşlar”ın namizədi  qalib gəldi
Seşki komissiyası seçkilərin rəsmi nəticələrini açıqlayıb: Qalib Məhəmməd Mursi olub.

“Müsəlman qardaşlar” assosiasiyasının namizədi Məhəmməd Mursi Hösni Mübarək devriləndən sonra Misir prezidenti seçilib. Bu haqda prezident seçkiləri ali komissiyasının sədri Farik Sultan məlumat verib.

Onun sözlərinə görə Mursiyə 13,23 milyon seçici səs verib ki, bu da ümumi seçicilərin 51,7 faizini təşkil edir.
Onun rəqibi – general və sabiq baş nazir Ahmed Şafaq 12,35 milyon və ya 48,5 faiz səs toplayıb.

Misirdə prezident seçkilərinin ikinci turu 16-17 iyunda keçirilib. Prezident yeri uğrunda islamçı Məhəmməd Mursi ilə ölkənin sabiq baş naziri, Hösni Mübarək rejiminin varisi general Ahmet Şafaq mübarizə aparıb. Finişə yaxılaşdıqda prezdentliyə namizədləri minimal səs fərqi ayırıb.

Prezdent seçkilırinin nəticələri 21 iyunda açlqlanmalı idi. Lakin namizədlər tərəfindən mərkəzi seçki komissiyasına daxil olan 400 şikayətə rəğmən bu vaxt bir az gecikdirilərək 24 iyuna-yənu bu günə təyin edilmişdi.

“Müsəlman qardaşlar” assosiasiyasının siyasi qanadı Azadlıq və Ədalət patiyasının sədri 60 yaşlı Məhəmməd Mursi əvvəlcə hərəkatın ehtiyat namizədi, KİV-in adlandırdığı “ehtiyat təkər” kimi namizədliyini irəli sürülüb. Xayrat aş-Şatır assosiasiyasının rəhbərinin müavininin namizədliyi geri götürüldükdən sonra onun namizədliyi birinici plana keçib.

Misirdə ən kütləvi siyasi hərəkatın dəstəyini alan Mursi aktiv və parlaq prezident kompaniyası keçirib. Ixtisasca mühəndis professor olan Mursi təhsilini ABŞ-da alıb. Parlament təcrübəsinə sahib olan Mursi Hösni Mübarəkin dövründə müstəqil namizəd kimi bir neçə dəfə deputat seçilib. O dağılmış hökümət institutunda yeni islahatlar edəcəyinə, ölkədə şəriət normalarından geniş istifadə edərək “islam əsasları üzərində” dövlət quracağına söz verib.

Yaxın dörd ildə Məhəmməd Mursi Misir prezidenti kimi ölkəni təçsil edəcək. 2011-ci ildə xalq inqilabından sonra hərbiçilər tətəfindən elan edilmiş Konstitusiya bəyənnaməsinə görə (müvəqqəti konstitusiya) Misirdə prezident 4 illiyə seçilir. O bu yüksək posta sadəcə bir dəfə seçilə bilər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir