Misirin sabiq prezidenti Mursiyə ölüm hökmü oxundu


Misirin sabiq prezidenti Mursiyə  ölüm hökmü  oxundu
Misir məhkəməsi ölkənin sabiq prezidenti Muhammed Mursini ölüm cəzasına məhkum edib. Bu cəza 2011-ci il inqilabı zamanı “Müsəlman qardaşları””nın liderlərinin kütləvi şəkildə həbsxanadan qaçması işinə görə verilib.

Al-Arabiyya xəbər verir ki, Mursinin “”Müsəlman qardaşları”” təşkilatındakı 105 nəfər məsləkdaşı da ölüm hökmü alıb. Qatarda yaşayan dini lider Yusuf əl-Karadavi də daxil olmaqla, “”Müsəlman qardaşları”” nın bir çoxuna qiyabi ölüm hökmü oxunub. Bundan başqa Misirdə fəaliyyətinə qadağa qoyulmuş bir neçə təşkilatın rəhbərinə dövlətə xəyanət suçu ilə ittiham olunaraq ölüm cəzası kəsilib. Bu cinayətlə ittiham olunanlar arasında “”Müsəlman qardaşları””nın “”boz kardinalı”” hesab edilən Hayrat əl-Şater də var.

Məhkəmənin qərarı təsdiqlənmək üçün ölkənin ali müftisinə göndərilib. Bu Misirdə hər hansı ölüm hökmü cəzası çıxarılan zaman məcburi prosedur sayılır. Müfti ilə razılaşdırıldıqdan sonra son hökm iyunun 2-də elan ediləcək.

Mursi digər “”Müsəlman qardaşlar”” la birlikdə saxlandığı Vadi an-Naturn həbsxanasında yaratdıqları qalmaqala görə ölüm hökmünə məhkum olunublar. istintaq məlumatlarına əsasən Mursi və tərəfdaşları Fələstin İslam hərəkatı “”HAMAS””ın vasitəsiylə qaçmağa müvəffəq ola biliblər.

30 il hakimiyyətdə olan Hüsnü Mübarəkdən sonra Mursi 2011-ci ildə Misirin prezidenti seçilib. O, 2013-cü ildə hərbi yolla hakimiyyətdən uzaqlaşdırılıb. Aprel ayında Mursi və “”Müsəlman qardaşlar””ın 12 lideri 2012-ci ildə ixtişaşlar zamanı müxalifətçiləri ölümə təhrik etdikləri üçün 20 il azadlıqdan məhrum ediliblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir