Mişustin jurnalistlərini koronavirusa yoluxdurub?


Rusiya höküməti jurnalistlərinin bir neçəsinin koronavirusa yoluxmasından şübhələnirlər. Bu haqda “İzvestiya” qəzetinə hökümətin mətbuat xidmətindən xəbər veriblər.

“Operativ şəkildə vəziyyətə müdaxilə edilib. Jurnalistlər təcrid olunub və həkim nəzarətinə götürülüblər. Onlara hərtərəfli yardım edilir”- deyə nazirlər kabinetinin mətbuat katibi Boris Belyakov bildirib.

Hökümət sədrinin işgüzar səfər cədvəlinə bu təsir etməyəcəyini də o, qeyd edib.

Mixail Mişustinin avqustun 12-18 arasında planlanan Uzaq Şərqə işgüzar səfərini jurnalistlər işıqlandırıblar. Özünün koronavirusdan sonrakı gəzintisində baş nazir artıq Çukotka və Kamçatka vilayətlərini ziyarət edib. Hazırda Maqadandır. Axırıncı dayanacaq məntəqəsi Amur vilayəti olmalıdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir