Mitinq edənləri susdurmağın yolu -Cərimə!


Mitinq edənləri susdurmağın yolu -Cərimə!

Rusiya Dövlət Duması 22 may tarixli iclasında “mitinq haqqında qanuna ” edilən dəyişikləri birinci oxunuşda qəbul edib. Qanun icazəsiz mitinq edən, asayişi pozanlara tətbiq ediləcək cərimənin 1 milyon rubla qaldırılmasını və ya 200 saat məcburi əməyə cəlb edilməsini nəzərdə tutur. Qeyd edək ki, bundan əvvəl həmin cərimənin miqdarı 2000 rubla bərabər idi.

Qanunu birinci oxunuşda təkcə “Yedinaya Rossiya” fraksiyaı dəstəkləyib, 3 müxalifət partiyası əlehinə səs verib, “Spravedlivaya Rossiya” partiyası isə qanunun müzakirəsində iştirak etməkdən imtina edib.

“Bu qanun layihəsi əks istiqamətə doğru hərəkət edir, hansı ki, bizim cəmiyyətə bu gün lazımdır ”-deyə insan haqları üzrə prezident şurasının sədri Mixail Fedotov bəyan edib. O, mitinq və tətillərlə bağlı qanun layihəsində dəyişiklik etmək vətəndaşların hüququnu möhkəmkəndirmək üçün vacibdir, onlara təcavüz etmək üçün yox-deyib. Və pezidentdən bu qanuna veto tətbiq olunmasını xahiş edəcəyini də vəd edib.

Muxalifətçılər bu qanunla Putunun onların ağzını baglamaq istədiyini söyləyirlər.
Qərb mətbuatı bu qanunun insanların narazığınını açıq şəkildə bildirməsinin qarşısını almağa hesablandığını yazır. Bəziləri isə hökümətin bu “qadağa bərkitməsi” irəlidə tətbiqi nəzərdə tutulan reformalara- elekrtik haqqının artmırılması və sosial xərclərin azaldılmasına başlananda Moskvada orta sinfin etirazının qarşısınn alınması üçün edildiyi fikrindədirlər.

Xatırladaq ki, mitinqlər haqqında qanuna dəyişiklik edilməsi gundəmə “”Marş milliona” (“Milyonların marşı”) iştirakçılarının güc strüktürları tərəfindən müdaxiləsi zamanı polislərin fiziki zədə almasında sonra gəlib.

Qanunun ikinci oxunuşunda cərimənin aşağı enidrilməsi məsələsinə baxılacağı gözlənilir.

/Yenisəs.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir