Mıtişidə zirzəmidə çətənə plantasiyası aşkar edilib


Mıtişidə zirzəmidə  çətənə  plantasiyası  aşkar edilib
Narkotik maddələrə nəzarət Federal xidməti əməkdaşları tərəfindən Moskva vilayətində çətənə yetişdirilən gizli laboratoriya aşkar edilib.

Bir müddət əvvəl polis şöbəsinə Puşkinsk rayonunun Metropolye kəndində marixuanadan istifadə edənlərin sayının artması haqqında məlumat daxil olub. Xüsusi xidmət idarəsi əməkdaşlarının nəzarətinə 26 yaşlı Mımişi sakini düşüb. Əməliyyat-axtarış nəticəsində onun evinin zirzəmisində çətənə laboratoriyası olduğu aşkar edilib.
Burada çətənə yetişdirmək üçün xüsusi isitmə və havanaldırma sistemi, havanın temperaturunu ölçən cihazlar, kübrə-bir sözlə kollara qulluq etmək üçün hər şeyin düşünülmüş şəkildə hazırlandığı görünüb. Narkopolislər laboratiriyada 45 çətənə kolu sayıblar.

Qonşuların dediyiniə görə ev fahişə yuvası kimi də istifadə edilib. Xüsusi ilə qış aylarında bura naməlum gənc adamlar gəlirmişlər.

Hazırda zirzəmisində də çətənə yetişdirən “aqronom” haqqında cinayət işi açılıb.

/Yenisəs.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir