Moksvada Rusiyanın Suriyada hərbi iştirakına qarşı mitinq keçirildi


Moksvada  Rusiyanın Suriyada  hərbi  iştirakına qarşı mitinq keçirildi
Bu gün Suriya müharibəsində Rusiyanın iştirakı əlehinə olanlar etiraz aksiyası keçiriblər. Suvorov meydanı parkında Həmrətlik hərəkatının təşkil etdiyi mitinqdə 300 nəfər iştirak edib. Onlar “Biz Dəməşqdə Əsəd hökümətini saxlamaqdan ötrü soydaşlarımızın və Rus hərbiçilərinin ölməsini istəmirik”” şüarı ilə çıxıblar. Polislər güclü tədbirlər görüb, parkın bütün ərtafı hasarlanıb. Metal dedektorlarla şəpərlənmiş parka gecikənləri buraxmayıblar.

“”Exo Moskvı”” radisonunu verdiyi xəbərə görə mitinq zamanı bir neçə nümayişçi saxlanılıb. Bir qadın “”Putin-qatil”” sözlərini dediyinə görə polis avtobusuna mindirilib. Aksiyada müharibə əleyihə olanlardan başqa, bu əhval-ruhiyyədə olmayan mühribə tərəfdarları da olub. “”Donbass qəhrəmanlarına eşq”” olsun sözlərini səsləndirən bir kişini də polislər avtobusa aparıblar. Rusiyanın ərəb öıkələrindəki islamçılara zərbə endirməsinin lehinə və əlehinə bölünən qruplar bir-birlərini söz davasına qalxıblar.

Qeyd edək ki, mitinq hökümətlə razılaşdırılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir