Moskva azərbaycanlıları Qələbə gününü “Biz birlikdə qalib gəldik” konsert proqramı ilə qeyd etdi


Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi
Moskva veteranları və Moskva Azərbaycan ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilimiş, Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin təşkil etdiyi konsert-yığıncaq alman işğalçılarını vahiməyə salan Levitanın səs yazısı ilə başladı. Paytaxtın Uşaq Estrada teatrının salonunda baş tutan gecənin əvvəlində qanlı-qadalı Böyük Vətən müharibəsi illəri və onun qəhrəmanlarından bəhs edən “Gəlin xatırlayaq” videosujeti göstərildi.

Qələbə gününə həsr olunmuş konsert proqramında Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqləik sükutla yad edilib, Rusiya və Azərbaycanın himnləri səsləndirildi.

“Mən bü gün alman faşizmi üzərində qələbədə millətimin rolu oldugu üçün qürur duyuram. Mən, o müharibədə iştirak edən babanın nəvəsi oldugum üçün qurur duyuram. Bu gün düşmənə qarşı eyni səngərdə çiyin-çiyinə vuruşan və tarixi qələbəni bizə bəxş edən veteranlar qarşısında çıxış etdiyim üçün qurur buyuram. Onlar bu qələbəni birlikdə bacardılar”.
Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi
Moskvada Böyük Vətən müharibəsində tarixi qələbənin 69-cu ildönümünə həsr olunmuş “Biz birlikdə qalib gəldik” adlı konsert gecəsində Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin icraçı direktoru Mehman Şükürov veteranalara bu sözlərlə “Xoş gəldiniz”-etdi.

Moskva Mərkəzi dairəsi veteranlar şurasının sədri Vasili Nikolayeviç Andrienko alman faşizmi üzərində qələbə bütün sovet respublikalarının birgə səyi ilə baş tutduğundan danışdı.

“Mən, düşünürəm ki, 69 il keçəndən sonra insanlar faşizm və müharbə nədir- deyə unudublar. Bu gün veteranlarımız məktəblərdə şagirdlərə şahidi olduqları müharibədən, onun qəhrəmanlıq dərslərindən danışırlar.

Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi

V.Andrienko qeyd etdi ki, SSRİ xalqlarının hamısı bu tarixi ağır sinağa birlikdə sinə gəriblər. “Müharibə ön cəbhədəkilərin qəhrəmancasına vuruşmasıyla yanaşı, ölkə sənayenisi qısa bir zamanda hərbi sənayeyə çevirərək arxa cəbhədəkilərin gərgin əməyi hesabına uduldu ki, bunda da bütün sovet xalqlarının, respublikalarının payı var”.

“Gənclər onu unutmamlıdırlar ki, düşmənə qarşı qəhrəmanlıqla vuruşanlar, qələbədə payı olanlar bu yolu onlardan ötəri keçiblər. Ondan ötəri keçiblər ki, bu günkü gənclər azad və sülh şəraitində yaşaya bilsinlər”-deyə V.Andirienko müharibə iştirkçılarını Qələbə günü münasibətilə təbrik etdi.

“Zaman keçdikcə müharibə şahidlərinin sıraları təəssüf ki, seyrəlir. Bu gün bu salonda oturan, bizə sülhü, qələbəni bəxş edən, canlı tarixi özündə yaşadan veteranlarımız, bu qələbə üçün Sizə minnətdarıq”. Rusiya Daxili işlər nazirliyinin polkovniki Alşan Zakirov müharibə veteranlarına təbrik və təşəkkürünü bu sözlərlə ifadə etdi.

Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi

Alşan Zakirov Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin mükafatını Moskva Mərkəzi dairəsi veteranlar şurasının sədri V. Andrienkoya təqdim etdi.

Qələbənin 69-cü ildönümünə həsr edilmiş gecə müharibə dövrünün qələbə ruhlu populyar mahnıları ilə davam etdi.

Gecənin aparıcısı Günel Ocaqqulyevanın oxudugu K. Simonovun məhşur “Jdi menya” (“Gözlə məni”) şeirinin kövrək-həzin təsiri altında veteranlar o illərin acılı- şirinli xatirələrinə daldılar.

Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi

Müharibə veteranları Rusiyanın əməlkdar artisti Gennadi Nordun, “Arsenal” qrupunun, “Yeni ulduz” musiqi müsabiqəsinin qalibi Ramazan Ramazanovun, balalayka ifaçısı Antonina Sinitskayanın və gənc müğənni Lamiyə İsmayılovanın, K.Kərimov adına 157 saylı azərbaycan- etnotəmayüllü məktəbinin şagirdlərinin çıxışlarını alqışlarla qarşıladılar.

Gecənin sonunda təbdir iştirakçılarına qızılgül və şirniyyat paketi hədiyyə etdildi.

Tünzalə Vəliqızı
Yenises.ru,Moskva

FOTOLAR YENİSES.RU-NUNDUR

Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi

Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdiMoskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdiMoskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdiMoskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi
Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi
Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir