Moskva məktəblərində “Azərbaycan dili” dərsi layihəsi


Moskva məktəblərində “Azərbaycan dili” dərsi  layihəsi
Moskvada Azərbaycan disporu ölkənin təbliği baxımından fəaliyyətini davam etdirir. Belə ki, Rusiyadakı Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu Moskva orta məktəblərində “Azərbaycan günləri” təşkil edir.

SalamNews-un xüsusi müxbiri xəbər verir ki, birinci sinifdən dördüncü sinfə qədər şagirdlərə Azərbaycan və azərbaycanlılar haqqında geniş məlumatlar verilir, videoçarx nümayiş olunur, uşaqlara milli rəqslərimiz öyrədilir.

Moskvanın Peçatniki rayonunda yerləşən 918 sayli orta məktəbdə təşkil olunan marifləndirici tədbiri təhsil işçiləri böyük maraqla qarşılayıblar. Müəllimə İrina Yaçimniyeva bu çür lahiyyələrin çoxmillətli Rusiya Federasiyası üçün əvəz olunmaz olduğunu deyib.

Marifləndiriçi tədbirdə iştirak edən şagirdlər göstərilən video çarxlardan, nümayiş olunan rəqslərdən sonra Azərbaycanı sevdiklərini bildiriblər.

Tədbirdə məktəbin şagird və müəllim heyəti Azərbaycan mətbəxinin təamlarından dadıblar. Sonda “Yeni Nəfəs” İctimai Birliyinin Rusiya nümayəndəliyi tərəfindən şagirdlərə məktəb ləvazimatları, Azərbaycandan bəhs edən ədəbiyyat paylanılıb.

İ.Rüstəmov.
Moskva məktəblərində “Azərbaycan dili” dərsi  layihəsi
Moskva məktəblərində “Azərbaycan dili” dərsi  layihəsi
Moskva məktəblərində “Azərbaycan dili” dərsi  layihəsi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir