Moskva merliyiniyə namizədlikdən həbsxanaya


Moskva merliyiniyə namizədlikdən  həbsxanaya
Məhkəmə Navalnıya 5 il həbs cəzası verdi

Müxalifətçi Aleksey Navalnıy “Kirovles” müəssisəninin əmlakını mənimsəməkdə təqsirli bilinərək bu gün həbs edilib. Kirovun Leninsk məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrümetmə cəzası və 500 000 rubl məbləğində cərimə verilib.

Məhkəməyə hakim Sergey Blinov sədrlik edib. Navalnıy məhkəmə zalından nəzarətçilərin əhatəsində çıxarılıb.

O həbs müddətini ümumi rejimli kaloniyada çəkəcək.

“Kirovles” işində təqsirli bilinən Petr Ofitserov isə cəza müddətini ümumirejiml kaloniyada çəkməklə 4 il azadlıqdan məhrümetmə cəzası alıb. Bundan əlavə o da 500 000 rubl məbəgində cərimələnib.

Aleksey Navalnıyın dünən Moskva şəhər merliyinə namzidəliyi qeydiyyata alınmşdı. Digər namizəd eks mer Sobyanin Navalnıyın məhkəmə prosesi onun merliyə namizəd olmasına dəxli olmadığnı və onun seçkilərdə iştirakının seçkilərə rəng qatacağını bildirmişdi.

Bu arada Fgcebook –da Navalnıy və Ofitserovun həbs olunması qərarı müzakirə olunaraq “xalq qığıncağı” toplamaq üzün qeydiyyat aparılır. Saat 19:00-da Manej meydanında yığıncaq keçirilməsi planlaşdırılır. Hazırda məlum olub ki, Manej meydanında plana uyğun plitələrin təzələnməsi işi gedir. Prefekturadan verilən məlumata görə təmir işi əvvəlcədən planlaşdırlmışdı. Manej meydanınının ümumi təmiri avqustun 25-də başa çatacaq. KİV Manej meydanının ətrafının hasara alındığını haqqında xəbər verib.

RAPSİ müxbirinin məlumatına görə Kirovda məhkəmə binasının yaxınlığındakı küçən bağlanılıb. Süni hasarların ətrafına insanlar toplaşıb və “Azadlıq” deyə səslənirlər.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir