Moskva metrosunda elektrik kəsilməsi baş verib, qatarlar bir saat işləməyib


Moskva metrosunda elektrik kəsilməsi baş verib, qatarlar bir saat işləməyib
Sentyabrın 28-də Moskva metrosunda elektrik kəsilib və buna görə metronun Serpuxov-Tmiryazyev xəttində qatarların hərəkəti dayanıb. Bu üzdən “Serpuxovskaya”” və “”Naqornaya”” stansiyaları bağlanıb. Bir saat ərzində problem aradan qaldırılıb və metropolitenin işi yenidən bərpa olunub.

Paytaxtın yeraltı nəqliyyat idarəsinin rəsmi Twitter səhifəsində “”Serpuxov-Tmiryazyev”” xəttində saat 19:20 radələrində texniki səbəblərdən qatarların intervalı uzadıldığı xəbər verilib. 13 dəqiqə sonra isə “”Naqornaya”” stansiyasından “”Yujnaya”” stansiyası istiqamətinə gedən qatarların hərəkəti dayandırılıb.

Qatarların hərəkətində yaranan problemə görə metropoliten rəhbərliyi sərnişinlərdən metronun digər xətlərindən istifadə etməyi xahiş edib.

Əlavə məlumata görə qatarların hərəkətininin dayanmasına elektrik gərginliyinin artması və təhlükəsizlik sisteminin avtomatik işə düşməsi səbəb olub. Saat 20:05-də hərəkət bərpa edilib. Və bundan 10 dəqiqə sonra isə bütün stansiyalar sərnişinlər üçün açılıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir