“Moskva”” ticarət mərkəzində miqrantlar kütləvi dava salıb”



"Moskva"  ticarət mərkəzində miqrantlar kütləvi dava salıb
Daha çox miqrantların çalışdlğı “Moskva”” ticarət mərkəzində mühafizə xidmətinin əməkdaşı ilə satıcılar arasındakı davada 150-dən çox adam iştirak edib. Kütləvi davada güllə səsləri də eşidilib.

Rusiya KİV-nin verdiyi məlumata görə kütləvi davaya səbəb özəl mühafizə müəssisəsinin əməkdaşının tacik miqrantı döyməsi olub. Döyülən tacikin müdafiəsinə qalxan bir çox miqrantlar ticarət mərkəzinə hücum ediblər. Hadisə yerinə gələn polislər və Rosqvardiyanın əməkdaşları davanı yatırmağa müvəffəq olublar. Xəsarət alan miqrant 68 saylı xəstəxanaya çatdırılıb. Ona yüngül beyin sirkələnməsi diaqnozu qoyulub. Xəbərdə o da bildirilir ki, yaralanan tacik miqrant xəstəxanadan qaçmağa cəhd etdiyinə görə onu reanimasiyada saxlayırlar. Xəstəxananın ərazisini polislər qoruyur. Hazırda orada sakitlikdir.

Dava ilə bağlı ticarət mərkəzinin ərazisində 100-ə yaxın miqrant saxlanılıb. Onları pasport qeydiyyatını yoxlamaqdan ötrü polis bölməsinə aparıblar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir