Moskva vilayətində 28 May -Müstəqillik Günü münasibətilə nərd yarışması geçirilib


Moskva vilayətində 28 May -Müstəqillik Günü münasibətilə nərd yarışması geçirilib
Moskva vilayətinin Korolyov şəhərində Azərbaycan diasporu 28 May Müstəqillik Günü münasibətiyle nərd yarışması geçirilib. Yarışma Korolyovo şəhərinin Azərbaycanlı Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib. Bu turnirdə Korolyov şəhərində Azərbaycan diasporunun 30 nümayəndəsi iştirak ediblər. Yarışmanı gazanan qaliblər mükafatlandırılıblar.

Azərbaycanlı Milli-Mədəni Muxtariyyətinin sədri Korolyov vilayəti üzrə sədri Şamil Veliyev, mərasimle əlaqədar verdiyi açıqlamada, “28 May bizim bayramımızdir. Biz Rusiyada da yaşasaq Ana Vətənimizi unutmuruq. Bu səpkidən olan yarışmalar təşkil etməklə Azərbaycanı, azərbaycançılığı yada salırıq. Mədəniyyətimizi, adət-ənənlərimizi yaşatmaq veə unutmamaq çok əhəmiyyətlidir” dedi.

Azərbaycanlı Milli-Mədəni Muxtariyyəti üzvü Qalib Yusubov da belə bayramlar sayəsində diasporanın birlikdə olmasının gözəl bir hadisə olduğunu vurğulayıb.

Moskva vilayətində 28 May -Müstəqillik Günü münasibətilə nərd yarışması geçirilib


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir