Moskva Xocalını “Cəhənnəmi görmüş pilot” filminin təqdimatı ilə anacaq


Moskva   Xocalını  “Cəhənnəmi görmüş pilot”  filminin  təqdimatı ilə anacaq
Azərbaycanın Rusiyadakı səfirliyi, H.Əliyev Fondunun Moskva nümayəndəliyi, AMOR və Ümumrusiya Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığıyla Moskvada XX əsrin ən dəhşətli faciəsi olan “Xocalı qətliamı”nın ildönmü ilə əlaqədar təbdir keçiriləcək. “Xocalıya ədalət” informasiya kompaniyası çərçivsində keçiriləcək tədbirdə “Cəhənnəmi görmüş pilot” filminin ilk nümayişi olacaq.

Adıçəkilən sənədli filmdə 1992-ci il fevralın 25-də Xocalıda faciə zamanı sağ qalmış dinc sakinlərin çıxarılmasına yardım edən pilot Leonid Kravetsdən bəhs edilir. Bu, o pilotdur ki, həyatı bahasına olsa belə dinc sakinlərlə bərabər həm də xarici müxbirləri və Azərbaycanın Mili Qəhrəmanı jurnalist Çingiz Mustafayevi cəhənnəmin yaşandığı yerdən çıxarıb.

Xocalını anma mərasimi 27 fevral 2014-cü ildə Moskvanın “AZIMUT Moscow Olympic Hotel”-də baş tutacaq.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir