Moskva ziyalılarından tanınmış diaspora rəhbəri və vəkil Şirvan Kərimova başsağlığı


Moskva ziyalılarından tanınmış diaspora  rəhbəri və vəkil Şirvan Kərimova başsağlığı
Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, tanınmış vəkil Şirvan Kərimovun oğlu 15 yaşlı Aqşin Kərimovun dünən –dekabrın 4-də axşam saatlarında evlərindəki icazəli silahla ehtiyatsız davranması onun ölümünə səbəb olduğu xəbəri yayıldı. Samarada yaşayan azərbaycanlılardan birinin verdiyi məlumata görə hadisə baş verən zaman ailə üzvlərinin heç biri evdə yoxmuş.

Əslən işğal altındakı Zəngilan rayonundan olan Şirvan Kərimov Rusiyada Azərbaycanı və azərbaycançılığı təblig edən vətənpərvər ziyalılarımızdandır. İstər vəkil, istər də diaspora rəhbəri kimi yaşadığı yerdə Azərbaycan adına yaxşı işlərə imza atıb. Ocağına düşən od- yeganə oğlunun başına gələn bu faciəli qəza doğmalarını, yaxın dostlarını, tanışlarını –bir sözlə hər kəsi sarsıdıb. Sosial şəbəkələrdən ünvanına axan üzüntülü başsağlığı ismarıclarının ardı-arası kəsilmir.

Vətənpərvər ziyalımız- Rusiya mətbuatında Qarabağ problemi ilə bağlı dəfələrlə çıxış edərkən hər dəfəsində bu məqamı xatırladıb. “Ata, sən əslən haralısan? Və sənin doğulduğun torpaq indi hardadır? Məni ora apara bilərsənmi?-sualı qarşısında mən övladıma nə cavab verim?!” –deyə o da bu ədalətsizliyə cavab istəyib.

Yenises.ru informasiya portalı Rusiyada yaşayan ziyalılar adından Şirvan Kərimova oğlu Aqşin Kərimovun faciəli şəkildə dünyasını dəyişməsilə bağlı kədərləndikərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Moskva ziyalıları adından: Cəfər Sadıq, Tünzalə Vəliqızı, Zirəddin Rzayev, Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Azər Cahangirov, Vidadi Abbasov, Nəzirə Cahangirova, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, Aydın Mehdiyev, İlqar Hacıyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Eldar Abbasov, Abuzər Bağırov, Namiq Əzimov, Qüdrət Qurbanov, İlhamə Qurbanova, Afaq Şıxlı, Hicran Qurbanlı, İlqar Kamil, Namus Nağıyev, İlhamə Bayramova, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov,, Franis Abdullayev, İqbal Rüstəmov, Mahir Ələsgərov, Zəkiyyə Ələsgərova, Leylaxanım İsmayılova, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Rabson Məmmədov, Vasif Məmmədov, Əliş Əvəz, Kamran Rüstəmov, Camal Camalov, İslam Hüseynov, Anar Həsənov, Fuad Səfərov, Fuad Abbasov, Fərid Əkbərov, Şəhriyar İmanbəyli, Əvəz İbayev, Soltan Mərzili, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Xalidə Səmədova, Füzuli Fərəcov, Əşrəf Hüseynli, Yaşar Süleymanlı, Mehman Şükürov və başqaları.

/Yenises.ru/
Moskva ziyalılarından tanınmış diaspora  rəhbəri və vəkil Şirvan Kərimova başsağlığı
Moskva ziyalılarından tanınmış diaspora  rəhbəri və vəkil Şirvan Kərimova başsağlığı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir