Moskvada 10-cu sinif şagirdi oxuduğu məktəbə silahlı basqın etdi


Moskvada 10-cu sinif şagirdi oxuduğu məktəbə silahlı basqın etdi
Bir polis nəfəri və məktəbin müəllimi hadisə nəticəsidə öldürülüb. Daha bir polis əməkdaşı isə ağır vəziyyətdə xəstəxanaya qaldırılıb.

Bu gün saat 12:30 radələrində Otradnı rayonunda yerləşən 263 saylı məktəbə silahlı basqın olub.

Verilən məlumata görə həmin məktəbin 10-cü sinfində oxuyan silahlı yeniyetmə gözətçini təhdid edərək 29 nəfər sinif yoldaşını girov saxlayıb. Gözətçi həyəcan siqnalı verib və hadisə yerinə hühquq mühfizə orqanlarının əməkdaşları gəliblər. Silahlı məktəbli hadisəyə müdaxilə etmək istəyən, məktəbin coğrafiya müəllimini və polis serjantını öldürüb. Onun atdığı güllədən daha bir polis əməkdaşı ağır xəsarət alaraq vertalyotla Sklifosovski adına xəstəxanaya çatdırılıb.

İnsident yerində olan Rusiya İstintaq Komitəsinin (RF İK) sədri Vladimir Markinin sözlərinə görə hücum edənin məktəbin əlaçı şagirdlərindən olan Sergey Qordeyev olduğu müəyyən edilib.

Sinif yoladşları onun heç kimlə konflikti olmadığını, məktəbin nümunəvi şagirdlərindən olub təhsilə çox zaman sərf etdiyi və sambo ilə məşğul olduğunu bildiriblər.

Daxili işlər nazirliyinin Moskva şəhəri üzrə başçısı Anatoli Yakunun Sergey Qordeyevin istifadə etdiyi atasına məxsus silahın qeydiyyatlı olduğunu qeyd edib. Yeniyetmə “cəngavər” iki-kiçik kalibirli tüfəng və ov tüfəngindən 11 atəş açıb.

RF İK sədri Vladimir Markin şagirdi belə bir hadisəyə təhrik edən səbəbi araşdırmaqdan ötrü onun kompüterinin yoxlamaya götürlüdüyünü söyləyib.
Xatırladaq ki, qətlə yetirilmiş cografiya müəllimi Andrey Kirilovun bu məktəbdə çalışan hıəyat yoldaşı və bir körpəsi qaldı.
Moskvada 10-cu sinif şagirdi oxuduğu məktəbə silahlı basqın etdi
Inisdentlə bağlı Moskva şəhər meri Sergey Sobyanin da başsaglığı verərək məktəblərdə mühafizənin daha da gücləndiriləcəyini deyib.
Sergey Qordeyevi təslim olmağa atasının razı saldığı deyilir. Qatil saxlanılıb girovdan azad olunan şagirdlərə psrixiloji yardım edildikdən sonra onları qarşılamağa gələn valideynlərinə təhvil verilib.
Moskvada 10-cu sinif şagirdi oxuduğu məktəbə silahlı basqın etdi
Sergey Qordeyevi RF Cinayət məcəlləsinin müvafiq qanununa görə ömürlük həbs cəzası gözləyir. Hüquqçular yeniyetmə olduguna görə onun 10 il azadlıqdan məhrum etmə cəzası alaraq uşaq koloniyasına göndəriləcəyini bildirirlər.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir