Moskvada Azərbaycan səfirliyində QANLI 20 YANVAR günü ilə bağlı tədbir keçirildi


Moskvada Azərbaycan səfirliyində QANLI 20 YANVAR günü ilə bağlı tədbir keçirildi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı mübariz Bakılıların qətliyamı kimi tarixə qanlı hərflərlə yazıldı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Moskvada Azərbaycan səfirliyində QANLI 20 YANVAR günü ilə bağlı tədbir keçirildi
Yaddaşlarımızdan heç bir zaman silinməyəcək bu günlə əlaqədar olaraq, hər il olduğu kimi, bu ilin yanvar ayının iyirmisində Moskvada, Azərbaycan səfirliyinin binasında geniş tədbir keçirildi.
Tədbirdə Moskvada yerləşən xarici səfirliklərin nümayəndələri, müxtəlif cəmiyyətlər, azərbaycanlı ziyalılar: müəllimlər, həkimlər, ailimlər, jurnalistlər, şairlər, yazıçılar, rəssamlar və misiqiçilər; MDDU-nin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin işçiləri, eləcə də RAGT, Ocaq, Şəhriyar və s… cəmiyyətlərin üzvləri iştirak edirdilər.

Yığıncağı Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu açdı.
Səfirimiz azərbaycan və rus dillərində çıxış edərək, bu günkü günün acıılarının və xatirəsinin unudulmaz olmasından və bu faciənin bütün insanlara Sovet dönəminin dəhşətlərindən biri kimi çatdırılmasının vacibliyindən danışdı.
Sonra təqribən 20 dəqiqə davam edən sənədli film nümayiş etdirildi.

Moskvada Azərbaycan səfirliyində QANLI 20 YANVAR günü ilə bağlı tədbir keçirildi
Filmdə göstərilən kadrlar 20 yanvar faciəsinin qurbanlarının: qocaların, qadınların, gənclərin və uşaqların heç bir günahı olmadan qətlə yetirliməsinin sübutları idi. Azərbaycan xalqına, dinc Bakı əhalisinə qarşı işlədilən bu qətliyamın günahkarlarının, Bakıda xoşbəxt yaşayan rus xalqı tərəfindən necə içdən və göz yaşları içərisində lənətlənmələri ürəkparçalayıcı idi.

Tədbirin sonunda 20 yanvar şəhidlərinin və cəmi şəhidlərimizin ruhuna fatihə oxundu və ehsan süfrəsi açıldı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir