Moskvada azərbaycanlı şair Sabir Abdulla vəfat edib


Moskvada azərbaycanlı şair Sabir Abdulla  vəfat edib
Azərbaycan şairi, ictimai xadim, Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü Sabir Abdulla ömrünün 63-ci yaşında vəfat edib.

Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M.Qorki adına Moskva Ədəbiyyat institutunu bitirib. V.Tsıbin adına mükafatın laureatı olub.

Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Nikolay Qoroxovun tərcüməsində “Ditya çeloveçeskoe”, “Jvi i pomni” kitabları ilə rus oxucularının da ürəyinə yol tapıb və sevilib. Vladimir Boyarinovun “Həyat qapıları” adlı şeir kitabı onun tərcüməsində işıq üzü görüb.

Yer üstə xəzəllər son dəfə gülər,
Son dəfə dil açar, diləyər kömək.
Ömür agacından günlər tökülər,
Payızın saralmış yarpaqları tək.

Çəkər öz ardıyca məni tale, bəxt
Əlimdən nə gəlir, öndə- qar, külək.
Bir gün son günüm də o son yarpaq tək
Ömür ağacımdan qopub düşəcək-


deyən şair Sabir Abdulla yanvar ayının 8-də Moskva xəstəxanalarının birində vəfat edib. Şair Moskva qəbristanlığında basdırılıb.

Allah rəhmət eləsin!

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir