Moskvada azərbaycanlı güllələndi


Moskvada azərbaycanlı güllələndi
Moskvanın cənub-şəqində Novomarinsk küçəsi 38 nömrəli evin yaxınlığında azərbaycanlı odlu silahla qətlə yetirilib.

Öldürülənin 52 yaşlı Azərbaycan sakini Ənvər Həsənov olduğu müəyyən edilib. Mərhumu özünə məxsus “Mersedes”” markalı maşının sükanı arxasında vurublar.

Moskva polisinin mətbuat xidməti hadisəni təsdiqləyib. Verilən əlavə məlumata görə cinayətkarlar azərbaycanlının başına və kürəyinə iki atəş açıblar.

Hadisə yerinə baxış zamanı güllə və qəlpələr, həmçinin öldürülən şəxsə aid böyük məbləğdə pul aşkar edilib.

Onun hansı mötivdən öldürülüdüyü haqqında məlumat verilmir. hadisə ilə bağlı cinayət işi açılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir