Moskvada bir maşın şuba oğurladılar


Moskvada bir maşın şuba oğurladılar
Moskvada içində 10 milyon rubl dəyərində şuba olan “Qazel”ə silahlı hücum olub. Bu haqda paytaxt daxili işlər idarəsindən məlumat veriblər.

Malların sahibi olan biznesmen qadın xəbər verib ki, Moskva Dairəvi Avtomobil yolunun 16-cı kilometrliyində onun içində dəri şuba olan avtomobilinin qarşısını başqa bir avtomobil kəsib. Maşından Qafqaz simalı 4 kişi çıxıb, onu silahla təhdid edərək malları öz maşınlarına yükləyib sonra aradan çıxıblar. Qadın cinayətkarların maşının markasını yadında saxlaya bilmədiyini, amma sadəcə rənginin qara olduğunu deyib.
Hazırda şəhərdə “Ələ keçirtmə” əməliiyatına başlanıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir