Moskvada borclu evinə gələn icraçını güllələdi


Moskvada borclu evinə gələn icraçını  güllələdi
Sahilyanı Frunze küçəsindəki evlərdən birinin mənzilində yaşayan borclu evinə gələn icraçını güllələyib. Hadisə fevralın 4-də axşam saatlarında törədilib. Bu haqda RİA Novosti-yə Baş istintaq idarəsi rəhbərinin istintaq komitəsinin baş köməkçisi Yulya İvanova məlumat verib. Onun sözlərinə görə borclu məhkəmə içraçısı tərəfindən əmlakının siyahıya alınması zamanı şikayətçinin təmsilçisinə odlu silahdan atəş açıb.

Bundan əvvəl hüquq mühafizə orqanlarının məlumatında güllələnən şəxsin kollektor agetliyinin əməkdaşı ola biləcəyi bildirilirdi. Onun ov silahı ilə vurulduğu deyilir.

İstintaq versiyasına əsasən isə boclu şikayətçinin nümayəndəsinə tapançadan atəş açıb . Xəsarət alan şəxs hadisə yerindəcə keçinib.

RF Cinayət məcəlləsinin iki- “qətlə yetirmək”” və “”qanunsuz odlu silah gəzdirmək”” maddələri ilə iş qaldırılıb.

Hazırda cinayətdə şübhəli bilinən şəxs saxlamılıb. Hadisnin baş vermə səbəbini aydınlaşdırmaq məqsədiylə itintaq araşdırması başlanılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir