Moskvada Böyük Vətən Müharibəsinin başlaması günü anıldı


Moskvada Böyük  Vətən Müharibəsinin başlaması günü  anıldı
DAK-in və “Pobeda” kimsəsiz uşaqlara və veteranlara yadım fondunun təşkilatçılığı ilə düz 71 il bundan əvvəl elə bu gün- iyun ayının 22-də Sovetlər Birliyinə qaqşı Almaniyanın müharibəyə başlmasının anım mərasimi keçirildi.

Paytaxtın “Robinzon” restoraında təşkil olunan mərasimdə iştirak edən Çaritsino rayonunun muharibə veteranları qanlı- qadalı illərin xatirəsindən, səngərdə azərbaycanlılarla çiyin-çiyinə vuruşub milli birliklə bu müharibəni udmalarından danışdılar.

“Bu gün Sovetlər birliyinin ənənəsini saxlayaraq bir araya toplaşıb ümumi tariximizin anım gününü keçirənlərə minnətdarlıq edən veteranlar yenə də o dovrün, qardaşlığın övladı olanların təşəbbüsünü alqışladılar.

DAK-in sərdi Mirəşrəf Fətiyev babalarımızla birgə odlu illərdən keçib bizlərə rahat bir ölkədə yaşamağı ərməğan edən veteranların şücaəti qarşısında baş əydiyini söylədi. “Sizi hər zaman anmaq, qayğınıza qalıb xatirələrinizi dinləmək bizim borcumuzdur. Bu günü sizə və sıralarınızda olmayıb canını qurban verən Böyük Vətən Müharibəsi şəhidlərinə borcluyuq”-deyə əlavə etdi.

Moskvada Böyük  Vətən Müharibəsinin başlaması günü  anıldı

“Pobeda” kimsəsiz uşaqlara və veteranlara yardım fondunun sərdi Famil Ağayev dəvətini qəbul edib gələn hər bir veterana təşəkkür etdi.

Ziyafət süfrəsi və müharibə dövrünün mahnıları, marşları ilə müşaiyət olunan anım mərasimində veteranlar o illərin gənclik həvəsiylə vals etdilər.

Moskvada Böyük  Vətən Müharibəsinin başlaması günü  anıldı

Başı beretkalı təşkilatçılar “Bu gün biz sizinləyik” həmrəyliyi ilə onların qüssəli anlarının 71 illik xatirəsinə hörmətlərini bununla əks etdirdilər.

Mərasimdə yazıçı Çingiz Hüsüynov, Abdül Hüseynov, DAK və “Pobeda” yardım fondunun nümayəndələri iştirak edirdilər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir