Moskvada çəmən saldılar, konoplya çıxdı


Moskvada çəmən saldılar, konoplya  çıxdı
Moskvanın cənubunda narkopolis vəhşi konoplya aşkar edib. Nartokit bitkinin kolu “Braveevo” mertosu yaxınlığındakı yeni metro tikintisinin yanında salınan çəməndən tapılib.

Narkotik maddələrin dövriyyəsi ilə məşğul olan federal xidmətdən daxil olan məlumatda deyilir ki, çəmən salmaq uçün bura gətirilən torpaqdan konoplya çixib.

Xüsusi əməliyyat nəticəsində 230 kol konoplya bitkisi çıxarılıb. Hazırda torpağın gətirildiyi region dəqiqləşdirilir və konoplya toxumunun ora necə düşdüyü araşdırılır.

Narkotik maddələrin dövriyyəsi ilə məşğul olan federal xidmət qeyd edir ki, bu cinayət paytaxt regionu üçün xarakterik deyil.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir