Moskvada Çeçen geyi haqqında “Səssiz Səs” filminin nümayişləri üçün biletlər dərhal və bir nəfərin ödəmə kartı ilə alınıb


 Çeçen homoseksual ola bilməz və o haqda çəkilən filmin nümayişi bütün çeçen xalqına təhqirdir.

Fransada çəkilən  homoseksual olduğu və  ailəsi, qohumları bundan xəbər tutduqdan sonra  ölkəsindən qaçmaq məcburiyyətində qalan  çeçendən bəhs edən  “Səssiz səs”  filminin Səsini batırmaq istəyirlər.

Rejissor Vitali Manski KİV-ə bu barədə açıqlama verib. 

O, “Exo Moskvı” radiostansiyasının canlı efirində  “Artdokfest” çərçivəsində Moskvada keçiriləcək Çeçen geyi haqqında çəkilən “Səssiz səs” filminin bugünkü nümayişlərinə biletlərin dərhal və bir kartla alındığını dilə gətirib. Rejissorun  bildirdiyinə görə   festivalın təşkilatçıları filmi nümayişə çıxarmaqdan imtina etmədiklərindən  sonra bu baş verib.

“Şəxsən məni kimsə təhdid etməyib. Ancaq dünən Çeçen diasporunun  nümayəndəsi və ya kim olduğunu bilmədiyim biri  ilə görüşməyimi istədilər. Həmin şəxs izah etdi ki,  çeçen homoseksual ola bilməz və prinsipcə bu flm  bütün Çeçen xalqını təhqir etmək deməkdir. Ona görə flmin nümayiş olunmamasını rica etdi.  Ancaq biz dedik ki, bunu etmək mümkün deyil və etməyəcəyik. Bundan sonra  gecə saatlarında bu filmin iki seansı üçün bütün biletlərin bir anda bir kartla alındığı barədə məlumat aldım ”-deyib V.Manski.

Manski  “film başlamamışdan əvvəl tamaşaçılar gəlir və bilet alırlar, onun qarşısnı almaq üçünmü” yaxud da,  “filmin seansı zamanı o qədər də arzuolunmaz tamaşaçıların gəlməməsi üçünmü” bunun edildiyini bilmədiyini qeyd edib.

V. Manski “Sakit səs” filminin nümayişlərinin bu gün saat 17.00 və 19.00-da baş tutacaq və hər hansı bir təxribat halında  təşkilatçılar bunu müzakirə etməlidirlər-deyə əlavə edib.

V. Manski daha əvvəl “Artdokfest”in Sankt-Peterburqda  da qarşısnın alındığını vurğulayıb.  

“Şəhərdən verilən  rəsmi versiya tənqid olunmazdır. Kifayət qədər adekvat olmayan bir şəxs ərizə  yazır və bu ifadəyə görə, bütün dövlət strukturları əmr verilirmiş kimi sıraya düzülür və tamamilə radikal, iyrənc hərəkətlər edir mədəni bir tədbirin keçirilməsini pozmaq  üçün nümayiş ediləcək yeri möhürləyirlər.  Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən lisenziyalaşdırılmış və  bütün lazimi prosedurlardan keçib təsdiqlənmiş” seans dayandırıldı”-deyə  fikrinə yekun vurub.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir