Moskvada dəhşətli qəza: 9 nəfər ölüb, 3 nəfər yaralanıb


Moskvada dəhşətli qəza: 9 nəfər ölüb, 3 nəfər yaralanıb
Yeni Moskvada baş verən avtoqəzada 9 nəfərin öldüyü və 3 nəfərin isə xəsarət aldığı bildirilir.

RİA Novosti-yə mənbənin verdiyi məlumata görə qəza Varşava şossesinin Korotıgino kəndi istiqamətində olan döngəsində baş verib. “UAZ”” və “”Toyota”” markalı maşınların toqquşması nəticəsində maşınlardan biri yanıb. Yanğın artıq söndürülüb, xilasedicilər içəridə qalan insanları çıxardırlar.

Onların neçə nəfər olduğu hələ məlum deyil.

Hadisə yerinə Fövəladə hallar nazirliyinin 4 xilasedici bölməsi çalışır. Yaralıları oradan çıxartaq üçün iki xilasedici vertolyot da gəlib.

Hadisə haqqında rəsmi məlumat verilmir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir