Moskvada diasporlararası futbol turnuru keçiriləcək


İMoskvada diasporlararası futbol turnuru keçiriləcək
İyunun 10-u Moskvanın “Meteor” stadionunda, “Şahar”” Sionist gənclər təşkilatı və Azərbaycan-yəhudi Dostluq Cəmiyyətinin (OAED) futbol komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. “”Terrora qarşı birlikdə “” adlı layihə çərçivəsində keçiriləcək bu oyun, qlobal terrorizm və separatizmlə mübarizədə xalqların birgə əməkdaşlıq məqsədini nümayiş etdirir.

Layihə üç ölkəni – Azərbaycan, Rusiyavə İsraili əhatə edir. Gənc fəalların sözlərinə görə, bu yoldaşlıq görüşü Rusiyadakı yəhudi və Azərbaycan diasporları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan ilk addımdır. İdman sahəsindən başqa gələcəkdə tərəflər arasında sosial və mədəni əlaqələrin inkişafı planları da nəzərdə tutulub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir