Moskvada erməni restoranında dava


Moskvada erməni restoranında dava
Moskvanın cənub-qərbində baş verən kütləvi davada 3 nəfər bıçaq, bir nəfər isə silah yarası alıb. Bu haqda paytaxtın DİN mətbuat xidmətinin başçısı məlumat verib.

Hadisə bu gün səhər saatlarında “Yan’s House” erməni resroranında baş verib. “Saat 7-yə yaxın Oktyabrın 60 illiyi prospekti,ev 8 adresində iki qrup arasında konfliktin kütləvi davaya çevrildiyi haqqında şöbəyə məlumat daxil olub. Dava nəticəsində bir neçə insan müxtəlif dərəcəli bədən xəsarəti alıb”-deyə hüqüq mühafizə orqanlarının rəsmi sənədində deyilir.

3 nəfərin bıçaq,bir nəfərin isə silah yarası aldığı bildrilir. Hadisədə xəsarət alanların sayı tam dəqiqləşdirilməyib. Konfliktin hansı motivdən baş verdiyi araşdırılır.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir