Moskvada Gənc şairlərin I festivalı keçirilib


Moskvada Gənc şairlərin I festivalı keçirilib
Moskva Millətlər evində Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu ( AMİİF) və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) təşkilatçılığı ilə Gənc şairlərin birinci festivalı keçirilib.

Moskvadakı yaradcı, istedadlı gənclərin tapılıb üzə çıxarılması və diasporanın fəaliyyətinə cəlb edilməsi məqsədiylə keçirilən festivala çox sayda gənc şair qatılıb. Gənc şairlərin I Festivalını AMİİF-in sədri Şamil Tağıyev açaraq, bu tədbirin keçirilməsi ideyasından danışıb.

“Bu gün yazadığımız cəmiyyətdə yaradıcı gənclərimizin bizə, bizim də onlara ehtiyacımız var. Buna görə istedadlı gənclərimizi tapıb üzə çıxartmaq və onların yaradıcılığa ruhlandırmaqdan ötrü bu silsilədən olan festival və müsabiqələr keçirmək vacibdir”.

ÜAK adından konqresin məsləhətçisi, şərqşünas alim Manaf Ağayev çıxış edərək ədəbiyyatın xalqın həyatında və formalaşmasında rolundan söz açlb.

“Ədəbiyyat hər zaman inkişafın təkanverici qüvvəsi olub. Bu funksiyanı daşıyan ədəbiyyatın istedadlılarının yolunda yaşıl işıq yandırmaq bizlərə düşür. Onları buna ruhlandırmaq lazımdır”.

Festivalda iştirak edən 14 gənc şairin şeirləri “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov, Azərbaycan yazıçılar birliyinin üzvü, şair Sultan Mərzili, tarix elmləri doktoru, Beynəlxalq yazıçılar assosiasiyasının üzvü Əşrəf Hüseynli, şair, rəssam, Azərbaycan və Rusiya Yazıçılar birliyinin üzvü Maya Bədəlbəylidən ibarət olan münsiflər heyətinin ciddi və obyektiv sınağından keçib.

Sonra gənc şairlər özlərinin ən yaxşı saydığı şeirlərindən oxuyublar. Münsiflərin süzgəncindən keçib ələndikdən sonra festivalın 3 qalibinin adı açıqlanıb.

Münsiflər heyətinin yekdil rəyiylə 1-ci yerə Radion Radioniv, 2-ci yerə Salman Mehdiyev, 3-cü yerə isə Dişad Zülfüqarova layiq görülüblər.

Qaliblər diplom və medalla təltif olunublar.

Yenises.ru
Moskvada Gənc şairlərin I festivalı keçirilib
Moskvada Gənc şairlərin I festivalı keçirilib
Moskvada Gənc şairlərin I festivalı keçirilib
Moskvada Gənc şairlərin I festivalı keçirilib
Moskvada Gənc şairlərin I festivalı keçirilib
Moskvada Gənc şairlərin I festivalı keçirilib


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir