Moskvada “Həzi Aslanov “ futbol turnirinə start verildi


Moskvada “Həzi Aslanov “ futbol turnirinə  start verildi
Moskvada şəhərində iki dəfə Sovet İttifaq Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan futbol turniri keçiriləcək.

Turnirdə iştirak edən səkkiz komanda iki qrupda mübarizə aparacaq. A qrupunda “Bərəkət”, “Qartal”, “İslam” “Samella”, B qrupunda “Boradigah”, “Derektiva”, “İnter-AZ” və “Umid” komandaları yer alıb. Hər qrupdan ilk iki yeri tutan komandalar kubok uğrunda mübarizəni davam etdirəcəklər.

Turnirin açılış mərasimi 8 sentyabr, saat 15-00- da Sokolniki parkında yerləşən “Sport Tovn” arenasında keçiriləcək. Moskvada yaşayan ziyalılarımızı və futbol həvəskarlarını qəhrəmanımızın şərəfinə həsr olunmuş futbol turnirinə dəvət edirik.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir