Moskvada “Hacı Murad haqqında həqiqətlər” kitabının təqdimatı oldu


Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu
Moskva Millətlər evində Rudolf İvanovun “Hacı Murad haqqında həqiqətlər” kitabının təqdimatı keçirildi. Dəyirmi masa arxasına toplaşan rusiyalı və azərbaycanlı ziyalılarının iştirakı ilə “Ocaq” cəmiyyətinin təşkil etidyi yığıncağı türkoloq alim Tofik Məlikli açdı. Tarixçi, qafqazşünas alim Rudolf İvanovun məhsuldar yaradıçılığından danışan T. Məlikli mübahisəli və maraqlı taleyə malik, L. Tolstoyun eyniadlı əsərinin qəhrəmanı olan Hacı Murad haqqında R.İvanovun ərsəyə gətirdiyi kitabın unikal faktlar əsasında yazıldığını qeyd etdi. Kitabı vərəqləyərkən onun hansı ədəbi janrjda yazıldığı da bir ədəbiyyatçı kimi diqqətini çəkdiyini söyləyən T. Məlikli kitabda da göstərildiyi kimi onun Hacı Murad haqqında toplu olduğunu bildirdi.
Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu
Müəllifin Azərbaycan sevgisinə toxunan professor T. Məlikli ona “hərdən mənə elə gəlir ki, sən bakılısan” dediyimdə “bəli mən bakılıyam” cavabını verir- dedi. “Bakıda hərbi-dənizçilik məktəbini bitirən və bu yerin Qafqazın döyünən ürəyi olduğunu həsr etdiyi çoxsaylı əsərlərində qələmə alan tarxiçi-alim R.İvanov o dövr orta məktəblərdə tədris olunan yarıyalan, yarıgerçəyə söykənən tariximizin əsl üzünü bizə göstərir, həqiqətlərini açır”- qeyd etdi T. Məlikli.
Avar xalqının oğlu, Şeyx Şamilin naibi olan əfsanəvi qəhrəman Hacı Muradı Azərbaycanla bağlayanlardan biri- onun son mənzilinin orada- indiki Şəki olan o vaxtkı Nuxa ərazisində olmasıdır.

“Hacı Murad mövzusuna L. Tolstoydan sonra toxunmaq məsuliyyət istər. Rudolf İvanov bu məsuliyyətin altından layiqincə qalxmşıdır. Bu əlimizdə olan kitabi oxuyandan sonra belə qənaətə gəlirsən”. Kitab ətrafına fikir yürüdən Vladislav Şvedkovun dediklərindəndir bu.
Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu

“Rudolf İvanov o müəlliflərdəndir ki, onun yazdıqları ədəbi təxəyyülə deyil real həyat hadisələrinə, faktlarına söykənir, bu faktlar sübut və dəlillərlərlə isbat olunur. Tarixçinin ədəbiyyatçıdan fərqi bundadır. Rudolf İvanov da əsərlərində mövzuya məhz bu aspektdən yanaşır”-dedi,o. “O gedir, axtarır, tapır və ümumxalqa çatdırır. Onun toxunduğu hər bir mövzu geniş müzakirəyə açıqdır, lakin mübahisə obyekti olsa da, müəllifin əlində qarşısındakını susduracaq qədər tarixi dəlilləri var”.
Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu

Azərbaycanlı alim Cabir Əsədov Rudolf İvanovun “Hacı Murad haqqında həqiqətlər” adlı bu topluda tarixi fakların sərgiləndiyi bildirdi. HacıMurad elə şəxsiyyətlərdəndir ki,onun haqqında oxumaq, eşitmək hər zaman maraqlı olub və bu gün də maraqlıdır. O, Rudolf İvanova bu nadir tapıntıları təqdim etdiyi üçün təşəkkür etdi.

Digər çıxş edən alim və professorlar-Otari Didmanidze , Oktay Məmmədov, Vesvolod Çmurenko, tanınmış jurnalist Viktor Qroba Rudolf İvanovun dəsti xəttini başqalarından fərqləndirən yazdıqlarında qeydsiz-şərtsiz əsl həqiqətə inandırmasıdır-fikrini söylədilər.

Müəllif və onun səsrini xarakterizə edərkən deyilənlər:

Vsevolod Çumerokno: R.İvanov dənizçi-şturman olduğu üçün onun ehtimala haqqı yoxdur. Çünki dənizdə qəzasız ötüşmək üçün doğru yönləndirməli, düzgün qərar verməlisən, ikinci bir yola şansın yoxdur. O əsərlərində də bir yolu- doğrunu tutur”.

Oktay Məmmədov: Bizim bu günümüz dünənimizdədir. Rudolf İvanov zabit ləyaqəti, borcu və doğru danışmaq kimi şəxsi keyfiyyətlərini yazdıqlarında isbatlanmış şəkildə əks etdirir.
Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu
Ilham Bədəlbəyli: Həqiqətə məhəbbət var onun yaradıcılığında. Bu kitab Hacı Murad haqqında bir ensklopediyadır.
Azərbaycanlı sairə Afaq Şıxlı, şair Nəsib Nəbioğlu da Rudolf İvanovun Azərbaycana bağlılığndan, xalqımızın oğlu kimi vətənimizə xidmətlərindən danışdılar. Nəsib Nəbioğlu hətta zarafatla mən ona- “Azərbaycanın rus oğlu” deyirəm-dedi.

Təqdimat mərasiminin maraqlı və gözlənilməz sürprizlərindən biri isə bu məclisdə əfasnəvi qəhrəmanın nəvəsi Elenora Nikolayevnanın iştirak etməsi oldu. Canlı tarix olan Elenora xanım babası haqqında danışanlara təşəkkür edərək, anasından eşitdiyi və şahidi olduğu tarixi anları- xatirələrini paylaşdı. O Rudolf İvanov haqqında sevgi ilə danışılanlara da bir ştirix əlavə etdi.
Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu

“Babam haqqında yazdığı birinci kitabından sonra onu axtardım. Onunla əlaqə yaratmaq asan olmasa da telefonunu tapıb danışa bildim. Və biz görüşdük. Görüşümdə bu insanın sizlərin də bəyan etdiyi kimi nə qədər həqiqət aşiqi olduğunu, doğruları çatdırmaq yolunda yorulmadan, israrla çalışdığını gördüm”-dedi.
Haci Murad nəslinin yeganə varisi olan Elenora Hacı Murad babası haqqında həqiqətlər kitabının müəllifinə “Mən sizi sevirəm”- etirafını etdi. Yanlış anlaşılmasın, təbii ki, bir yazıçı, tarixçi və ən əsası dəyərli şəxsiyyət kimi-deyə əlavə etdi.

Sonda çıxış edən müəllif yazdığı kitab, onun özü haqqında bu qədər geniş və sevgiylə danışılandan sonra ona təşəkkür etməkdən başqa söz qalmadığını dedi. 80 yaşında hələ gümrah və daha neçə kitablara imza atacağına söz verən Rudolf İvanov Azərbaycana xüsusi sevgisindən, oranı özünə doğma və ikinci vətən hesab ediyindən danışdı. Bu kitabın ərsəyə gəlməsində-Lenin adına övlət kitabxanasının arxivində çalışmaq üçün ona şəarait yaradan və bu məclisdə iştirak edənlərdən tutmuş, kitabın yığıcısına kimi –hər kəsə minnətdarlıq etdi. İndiyə kimi 36 nəşrin müəllifi olan qafqazşünas alim, tarxiçi, yazıçı Rusiya Yazıçılar İttifaqının üzvü Rudolf İvanov əsərlərinin 18-nin Azərbaycanla bağlı olduğunu bildirdi.

Moskvada   “Hacı Murad haqqında həqiqətlər”  kitabının təqdimatı oldu

Təqdim olunan “Hacı Murad haqqında həqiqətlər” kitabı Moskvanın “Nauka” nəşriyyatında çap edilib. 10 bölümə ayrılmış 392 səhifəlik kitabda 200 tarixi material, 10 ensklopedik məqalə, Qafqaz Ordusu başçıları tərəfindən yazışmalara əsaslanmış 110 sənəd, 30 tarixi oçerk, 40 bioqrafiya və bioqrafik qeyd əksini tapıb. Bütün bunlar 208 illüstrasiya ilə müşaiyət edilir. Hacı Murad dövrünün ensklopedik bilgilərlə zəngin tolusu olan bu əsər hər kəsin stolüstü məlumat kitabına çevriləcək bir tarixi-sənədli ədəbi nümunədir.


Tünzalə Vəliqızı
Moskva 25.01.2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir