Moskvada Hilal Məmmədovun həbsinə etiraz olaraq mətbuat konfransi keçiriləcək


Moskvada Hilal Məmmədovun həbsinə etiraz olaraq mətbuat konfransi keçiriləcək
“Talışı Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Bakıda həbs olunması Rusiyadakı Talış diasporunun etirazına səbəb olub. Təşkilat iyun ayının 27-də Moskva Jurnalistlər evinin kiçik zalında bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.

Yenises.ru-nun talısh.org saytına istinadən verdiyi məlumata görə mətbuat konfransında Talış diasporunun rəhbəri İsmayıl Şabanov, Rusiya Strateji inkişafın modelləşdirilməsi mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk, Moskva Əhləl-Beyt müsəlman cəmiyyətinin sədri Musa Qurbanov, Moskva vəkillər palatasının üzvü Mərdan Quliyev iştirak edəcəklər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir