Moskvada icazəsiz “gey-parad”ı polislər dağıtdı


Moskvada icazəsiz “gey-parad”ı polislər  dağıtdı
Bu gün Moskvada şəhər duması qarşısında fəalların təşkil etdiyi “gey-parad” polislər tərəfindən dağıdılıb. Yenises.ru-nun yerli KİV-lərə istinadən verdiyi məlumara görə aksiyada 15 nəfər saxlanılıb.
“Gey-parad”ı təşkil edənlərin fikri Rusiyanın müxtəlif regionlarında qəbul edilmiş hoçoseksualzmin yetkinlik yaşına çatmayanlar arasında təbliginə qadağa qoyan qanunu muzakirə etmək imiş.

Paytaxt hökümətindən paradın keçirilməsinə icazə almaq mümkün olmayib. Lakin buna baxmayaraq, sosial azlıqda olanlar saat 13:00-da şəhər dumasının qarşısına toplaşmağa başlayıblar. OMON onları dagıdaraq 15 nəfərini məbhus maşınıa mindirərək aparıb.

Piketşilər dağıdıldıqdan sonra onlar Moskva meriyasının yanındakı Yuri Dolqoruki heykəlinin qarşısında toplaşıblar. Orada da onları saxlayıblar. Onlaraın liderlərindən biri Nikolay Alekseyevin də saxlanılanlar arasında olduğu bildirilir.

Onu da əlavə edək ki, homoseksualistlər artıq yeddinci dəfədir ki, Moskvada “gey-parad” kecirtməyə cəhd edirlər. Amma hökümət onların müraciətini qəbul etimir. Bu il isə istisna olaraq , Myasnitskiy küçəsindən Ploşşad Revolyutsiya ya qədər yürüş təşkil etmək istəyiblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir