Moskvada iki çeçen biznesmeni arasında atışma olub


Moskvada iki çeçen biznesmeni arasında atışma olub
Milyarder və “Tri kita”” mebel mərkəzinin təsisçisi Maqomed Xalidovu yerliləri ağır yaralayıblar.

İki çeçen biznesmeninin ticarət maraqları müzakirəsi atışma ilə bıçaqlanma ilə nəticələnib. Moskvanın mərkəzində Krılatsk rayonundakı “”Xills”” restoranı yanında iyunun 2-də gecə saatlarında baş verən qanlı münaqişədə Maqomed Xalidov və daha iki çeçen biznesmenləri ağır yaralanaraq Sklifosovsk adına xəstəxanaya aparılıblar. Həkimlərin əlində iki biznesmen ölüb, oliqarx Maqomed Xalidov isə iki əməliyyatdan sonra ağır vəzyyətdədir.

Mk.ru-nun yazdığına görə görüşə Baysurov ailəsinin nümayəndələri-41 yaşlı Ruslan və 59 yaşlı Şarpudi, onun oğlu 19 yaşlı Teymur və 23 yaşlı qohumu Adam gəlib. O biri tərəfdən-Xalidovlardan isə 58 yaşlı varlı biznesmen Maqomed Xalidov özü və onun qohumları, tanışları olublar.

Uzun illər Baysurov və Xalidovlar biznesdə şərik olub və dostluq ediblər. Hansı məqamdasa onlar arasından qara pişik keçib. Deyilənlərə görə Baysurovlar firmalarından birini Xalidvoların adına yazıb və bu da onlara maliyyə problemi yaradıb.

Tərəflər vəziyyəti aydınlaşdırmaq üçün restoranın yanında görüşməyi planlaşdırıblar. Restorana gələndə Xalidovlar odlu silah götürüblər.

Şahidlərin dediyinə görə söhbət yüksək tonda keçib. Restoran bağlanandan sonra gecəyarısı kompaniya küçəyə çıxıb və emosianal mübahisə davam edib. Görünür ki, biznesmenlər heç cür kompromissə gələ bilməyiblər. Birinci Xalidovlar atəş açıb. Onlar qardaşlar -Ruslan və Şarpudi Baysarovları vurublar. Adam və Teymur isə bıçaq çıxararaq özlərini müdafiə etmək istəyiblər. Kimsə mübarizə vaxtı Maqomed Aydınoviçi yaralayıb.

Baysurovların nümayəndələri yaralıları maşına qoyaraq xəstəxanaya aparıblar. Şarpudinin 7 güllə yarası olub və oradaca keçinib. Ruslan isə dörd yara alıb. Həkimlər onu əməliyyat edə biliblər. Sonra o da ölüb.

Milyarder Maqomed Aydınoviçi qohumları Sklifosovski xəstəxanasına çatdırıblar. Onun bədnində çoxlu bıçaq yarası olub. Həkimlərin cərrahi müdaxiləsindən sonra vəziyyəti hələ də ağır olaraq qalır.

İstintaq Komitəsinin müstəntiqləri atışmanın hansı şəraitdə baş verdiyini araşdırmaqdan ötrü çeçenlərdən ifadə almaq istəyirlər. Lakin onlar artıq problemlə üzləşiblər. Çeçenlər danışmaq istəmir, ünsiyyətdən qaçırlar. Hər iki barrikada tərəfdə biznesin akulaları və oz əhatələrində nüfuzlu adamları var. Yaralı Maqomed Xalidov “”Qrand”” mebel mərkəzinin rəhbərliyi ilə əlaqəsi olduğu söylənilir. Deyilənə görə o, bu kampaniyanın başına heç də təmiz yolla gəlməyib. Onu da qeyd edirlər ki, biznesmen Bari Alibasovla bir evdə qeydiyyatdadır. Doğrudur, Merzlyakovski küçəsindəki evdə yaşayan prodüssör qonşuluğunda milyarderin yaşadığından xəbərsizdir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir