Moskvada “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi


Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi

Konsert Moskva İttifaqlar evinin Sütunlu salonunda keçirildi.

Ümumrusiya Azərbaycanlıları Konqresi (VAK) və AMOR-un təşəbbüsü və təşkilatşılığı ilə keçirilən bu çağırışa kimlər səs verdi? Uzun zaman tədbirlərdə görünməyən VAK-ın rəhbəri Məmməd Əliyev, Azerros Ağsaqqallar şurasının sədri Abbas Abbasov, prezidentin kürəkəni Səməd Qurbanov, səfirliyin nümayəndələri, Tamara Sinyavskaya olmaqla onun kimi tanınmış simalar, Rusiyadakı Azərbaycan ziyalılarının böyük əksəriyyətini burada görmək olardı. Hələ ötən gün Azərros-un Diaspora ilə iş üzrə dövlət komitəsi tərəfindən tanınmaması haqqında bəyanatından sonra “İlham Əliyevə dəstək” proqramı çərçivəsində VAK və AMOR-un təşəbbüsü və təşkilatşılığı ilə keçirilən “Odlar yurdu-Azərbaycanım”adlı konsertdə adıçəkilən təşkilat tam heyətlə iştirak edirdi. “Tanınmayan” diasporla “tanınanlar” ayrı-ayrı yerlərdə və uzaq otursalar da onları bir araya gətirən nəsnə seçkilərdə İlham Əliyevə dəstək verdikləcəklərini nümayiş etdirmək idi.

Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi

“İnkişaf , Çiçəklənmə, Əməkdaşlıq naminə!”- devizi altında keçirilən konsertin aparıcıları-Azərbaycanın Əməkdar artisti Firdovsi Atakişiyev və Rus Dram teatrının aktrisası Yana Nikitina salondkıları salamlayaraq, bugünkü tədbirin qayəsinin 9 Oktyabr 2013-cü il Azərbaycan prezidentliyinə seçkilərdə namizəd İlham Əliyevə dəstək nümayiş etdirmək olduğunu söylədilər. Konsert Rusiyanın Əməkdar artisti Andrey Yakovlevin dirijorlugu ilə Moskva Simfonik orkestrinin ifasında “Yeddi gözəl” baletindən süita ilə başlandı. Konsertin birinci hissəsində Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun ifasında xalq və bəstəkar mahnıları, Xalq artisti, pianoçu Murad Hüseynovun orkestrin müşaiyəti ilə ifa etdiyi əsərlər alqışlarla qarşılandı.

Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi

Konsert boyu monitorda Azərbaycanın milli-mənəvi sərvətlərini, irsini, folklorunu, obalarını, ellərini, başdan-başa yenilənən paytaxt Bakının mənzərələrini əsk etdirən kadrların əvəzlənməsi salondakıları doğma musuqi sədaları altında sanki vətənlə qovuşdururdu. Aparıcılar təqdim etmələr vaxtı müstəqil Azərbaycanın dünya siyasətində yeri və rolu, dünya dövlətləri arasında artan nüfuzu haqqında statistik rəqəmlərin dili ilə məlumat verir, bütün bunların İlham Əliyevin rəhbərliyi və əməyi sayəsində olduğunu soydaşlarımızın diqqətinə çatdırırdılar.

Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi

Konsertin ikinci hissəsində Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə, Xaql artisti Rauf Babayevin bədii rəhbəri olduğu “Qaya” Dövlət ansamblı tamaşaçılar qarşısında maraqlı ifalarla çıxış etdilər. Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva isə ifasına başlamazdan əvvəl belə möhtəşəm bir sarayda ilk dəfə çıxış etməyin həyəcanı ilə Moskvada həmyerliləri qarşısında çıxış etmək imkanına malik olduğu üçün özünü xoşbəxt saydığını bildirdi. Ta Bakıdan bura isti salamları ilə bərabər “İlham Əliyevə seçkilərdə dəstək olaq”- deyə hamını prezidentə səs verməyə çağırmağa gəldiyini söylədi. Bu çağırış altında “Mənim prezidentim” mahnısı ilə ifasını başa vurdu. Konsert Samir Cəfərovun “Mənim Azərbaycanım” mahnısı ilə başa çatdı.

Tünzalə Vəliqızı Moskva, 28.09.2012

Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi
Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi
Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi
Moskvada  “İlham Əlyevə dəstək” proqramı çərçivəsində konsert keçirildi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir