Moskvada iPhone 7 almaq üçün böyük növbə yaranıb


Moskvada iPhone 7  almaq üçün böyük növbə yaranıb
Əvvəlcədən xəbər verildii kimi iPhone 7-nin Rusiyada satışı sentyabrın 23-də bu gün çerçəkləşəcək. Moskva mərkəzi univermağı-QUM-da satışı gözlənən telefonun həvəskar alıcıları dünəndən – sentyabrın 22-si saat 20:00-dan artıq mağaza ətrafında növbə tutublar.

Bu gün səhər univermaq açılmazdan əvvəl orada 300-dən artıq insan toplaşıb. Saat 10:00-da işə başlayacaq mağaza ətrafında yaranan basabası görən mağaza əməkdaşları növbədəkilərə üstündə nömrə olan kağız qolbağlar veriblər.

Bu ajiotaj sosial şəbəkənin də aktiv müzakirə mövzusuna çevrilib. Twitterdən “İnsanlar dəli olub”” başlığı ilə Qızıl meydanın yaxınlığında yerləşən univermaqda yaranan telefon növbəsinə dayananların şəkillərini paylaşıblar. İnsanların növbədə bir-birini sıxışdırıb əzdiyini göstərən videolar da var.

Yenises.ru

Moskvada iPhone 7  almaq üçün böyük növbə yaranıb


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir