Moskvada Kiyev vağzalı meydanındakı yanğında 2 nəfər ölüb


Moskvada Kiyev vağzalı meydanındakı yanğında  2  nəfər ölüb

Kiyev vağzalı yaxınlığında yanğının qalıqları yığılan zaman anbardan iki adamın meyidi tapılıb. Bu haqda Fövqəladə Hallar nazirliyi Moskva baş iradəsindən məlumat verilib.

Kiyev vağzalı meydanı ev 7 ünvanında yanğın xəbəri bu gün günorta saatlarında daxil olub. Saat 13:45 radələrində yanğın lokallaşdırılıb və saat 14:42- də tamamilə söndürülüb.

Yanğın ayrı tikili olan kərpic binanın 100 kvadratmetrlik sahəsini əhatə edib. Onun söndürülməsində 78 xilasedicidən, Rusiya Dəmir yolunnun yanğınsöndürən qatarından və 24 ədəd texnikadan istifadə edilib.

Hazırda vağzal yaxınlığınaa bir az tüstülənmə qalıb. Yanğın yerində kimya radiotexniki və sud ekspertiza laborotoriyasının avtomobilləri çalışır.

RDJ nümayəndəsinin sözlərinə görə yanğın qatarların hərəkətinə mane olmayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir