Moskvada kürəyinə ox saplanmış 29 yaşlı azərbaycanlının meyidi tapıldı


Moskvada  kürəyinə ox saplanmış 29 yaşlı azərbaycanlının meyidi tapıldı
Moskvada kürəyinə 1 metrlik ox saplanmış kişi meyidi tapılıb. Meyit Moskva Dairəvi avtomobil yolunun 5-ci kilometrliyindəki meşə zolağı yaxılığında , avtobus dayanacağının 50 metrliyində tapılıb.

Hüqüq muhafizə orqanları ölənin kimliyini müəyyən ediblər. Bu 29 yaşlı Azərbaycan vətəndaşıdır. Onun Moskvada 7 il müddətində müxtəlif ünvanlarda qeydiyyatsız yaşadığı bildirilib.

Azərbaycanlı 11 sentyabrda gecə saatlarında öldürülüb. Onun üzərində olan iki mobil telefonu və 5500 rubl məbləğində pulu isə qatillər götürməyiblər.

Hadisənin hansı motivlə törədilməsi ilə bağlı bir neçə versiya irəli sürülüb. Qətlin maddi mübahisə zəminidə və ya bəbbəxt hadisə nəticəsinidə ola biləcəyi güman edilir. Onun kürəyində saplanmış uzunluğu 1 metr, diamerti 5 millimetr olan dəmir ox kriminalistlər tərəfindən təhlil edilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir