Moskvada məscidi olan İslam humanitar mərkəzi tikiləcək


Moskvada məscidi olan  İslam humanitar mərkəzi tikiləcək
Moskvanın şimal–qərbində məscidi olan İslam humanitar mərkəzi tikiləcək. Bu haqda Moskva investiysiya və tikinti lahiyələri komitəsindən məlumat verilib.

“Tikinti üçün torpaq yerinin ünvanı Barışixa küçəsi 57-ci sahədədir. Sahə məscidi də olmaqla İslam Humanitar mərkəzi üçün ayrılıb. 0,35 ha ölçülü sahədə maksimum hündürlüyü 35 metr olan tikintiyə icazə verilib”-deyə mətbuat xidmətindən bildirilib.

Məybuat xidməti onu da qeyd edib ki, Moskva investiysiya və tikinti lahiyələri komitəsi tərəfindən Moskva muftiliyinə bu sahə limitsiz müddətə verilməsi qərara alınıb.

“Moskva müftiliyinə bu torpaq sahəsi həmişəlik və məscidin müddətsiz istismarı üçün verilib”-deyə mətbuat xidmətindən deyiblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir