Moskvada Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyasının təqdimatıyla bağlı verilən xəbərlərə təkzib əvəzi


Moskvada Məhəmməd Əmin Rəsulzadə  Ensiklopediyasının təqdimatıyla bağlı verilən xəbərlərə   təkzib əvəzi
Bakı Dövlət universitetinin dosenti Nəsiman Yaqublunun müəllifi olduğu “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası””nın Moskvada təqdimatından verilən xəbərlərdə kitabın sponsorları ilə bağlı yanlış informasiyalar gedib. Belə ki, bir çox Azərbaycan saytlarında yazılan xəbərlərdə kitabın ərsəyə gəlməsində köməklik göstərən sponsorların adı düzgün qeyd edilməyib. Əsl sponsorların adı çəkilməyib və müəllif Nəsiman Yaqublunun adından yanlış minnətdarlıq yazılaraq, hansı təşkilatlarınsa adı kitaba yardım edənlər siyahısına salınıb.

Kitabın təqdimat mərasimindən verilən məlumatlara təəssüfünü bildirən müəllif, təşkilatçı və sponsorları narahat edən adlarının çəkilib-çəkilməməsi faktı deyil, bunun haqsız olaraq başqasının ayağına yazılmasıdır.

Məhəmməd Əmin Rəsulzadə Ensklopediyasının rus nəşri Moskvadakı M.Ə.Rəsulzadə məclisinin sədri Füzuli Fərəcov və Rusiyadakı azərbaycanlı iş adamı Nadir Şəkinskinin maliyyə dəstəyi ilə çap olunub. Nəsiman Yaqublu da həmin təqdimat mərasimində kitabın ərsəyə gəlməsində ona real olaraq yardım göstərənlərə minnətdarlığını bildirib.

Biz də Yenises.ru olaraq sponsorlarla bağlı belə bir yanlışlığa aydınlıq gətirməyi özümüzə borc bilirik.

O tədbirə gecikdiyimdən əvvəldə verilən minnətdarlıq və təşəkkürlə bağlı yazdıqlarımı başqalarının faktına inanraq yazıb yanlışlığa yol vermişəmsə, müəllif, sevimli müəllimimiz Nəsiman Yaqubludan və sponsorlardan şəxsim adına üzr istəyirəm!

Tünzalə Vəliqızı
Yenises.ru saytının baş redaktoru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir