Moskvada Məhəmməd peyğəmbəri təhqir edən jurnalist bıçaqlandı


Moskvada Məhəmməd peyğəmbəri təhqir edən jurnalist bıçaqlandı
“Exo” və “Mayak” radiolarının aparıcı jurnalisti Sergey Aslanyana bu gecə yaşadığı evin qarşısında 20 bıçaq zərbəsi vurublar. Yenises.ru-nin İTAR-TASS- istinadən verdiyi məlumata görə zərərçəkən xəstəxanaya çatdırılıb və həyatı təhlükəsi yoxdur.

“Naməlum şəxs axşam saatlarında Aslanyanın mobil telefonuna zəng edərək onu söhbətə çağırıb. Çertanovskiy küsəsində yaşayan jurnalist küçədə onun kimsəni gözləmədiyini görüb öz bloklarına girərkən naməlum biri ona çoxsaylı bıçaq zərbələri endirib”-deyə mənbə xəbər verir.

Hadisə hüqüq muhafizəçilərinin nəzarətinə götürülüb. S.Askanyana hücumun motivində efirdən Məhəmməd peygəmbərin ünvanına təhqirlər yağdırıdığı dayandığı versiya kimi irəli sürülür.

O, bir müddət əvvəl radioadan Məhəmməd peygəmbəri efirdən təhqir edən sözlər yağdırmışdı.
Askanyanın qohumları və yaxınları öz həyatlarının da təhlükədə olmasından qorxurlar. Hazırda S.Askanyanı xəstəxanada polislər qoruyur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir