Moskvada M. F. AXUNDOVUN heykəli açıldı


Moskvada M. F. AXUNDOVUN heykəli açıldı

Bu gün Rusiya paytaxtında dahi Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı oldu.

Açılış mərasimi abidənin qoyulduğu M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçirildi.

Dahi mütəfəkkirin 200 illik yubileyinə həsr olunan mərasimdə “Çeloveçeskiy razum, etot bojestvenniy dar” kitabının təqdimatı da oldu

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasimdə rus və Azərbaycan ədəbiyyatının ünlü simaları: T. Məlikli, Ç. Hüseynov. A. Axundova, M. Sinelnikov, eləcə də Azərbaycan mərkəzinin tələbələri çıxış etdilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir