Moskvada “Müstəqillik kuboku” futbol turniri keçirilib


Moskvada “Müstəqillik kuboku” futbol turniri keçirilib
Moskvada Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondu tərəfindən 28 May- Respublika Gününə həsr olunmuş “Müstəqillik kuboku” turniri təşkil edilib.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, Rusiyada fəaliyyət göstərən “Məmmədəmin Rəsulzadə” Məclisinin dəstəyi ilə təşkil olunan turnirdə 8 komanda iştirak edib. Finala yüksələn 4 komandadan “Azeprojetkt” və “Vətən” komandaları üçünçü yerə yiyələnib.

Finalda üzləşən “Əhli-Beyt” və “Baki” komandaları isə oyun ərzində qapılara qol vura bilməyib. Turnirin qalibi isə 11 metrəlik zərbələrlə müəyyənləşib. “Bakı” komandası “Azadlıq” mini futbol turnirinin qalibi olub.

Mükafatlandırma mərasimində çıxış edən “Məmmədəmin Rəsulzadə” Məclisinin rəhbəri Füzuli Məmmədov turnirin əhəmiyyətinə toxunub və Azərbaycanda futbola böyük diqqət ayrıldığını bildirib.

Fərqlənən futbolçularada diplomlar və medallar verilib. Ən yaxşı oyunçu Umaraşvili Ruslan (Əhli-Beyt”), ən yaxşı hücumçu Ağarəhim Sadıxov (“Bakı”) və ən yaxşı qapıçı isə Murad Əliyev (“Bakı”) seçilib.

Sonda xatirə şəkili çəkdirilib.

/Yenises.ru/

Moskvada “Müstəqillik kuboku” futbol turniri keçirilib
Moskvada “Müstəqillik kuboku” futbol turniri keçirilib
Moskvada “Müstəqillik kuboku” futbol turniri keçirilib
Moskvada “Müstəqillik kuboku” futbol turniri keçirilib


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir