Moskvada naməlum şəxs iki adamı güllələdi:1 ölü


Moskvada naməlum şəxs iki adamı güllələdi:1 ölü
Moskvanın şimal- şərqində naməlum şəxs iki adama atəş açıb, onlardan biri ölüb. Bu haqda “İnterfaks” agentliyinə hüquq mühafizə orqanlarından məlumat veriblər.

“Karamışevsk rayonu, ev 20 yaxınlığında bir neçə Qafqaz simalı şəxs avtomat silahdan iki nəfərə atəş açıb, onlardan biri ölüb”-deyə mənbə məlumat verib, o biri isə xəstəxanaya yerləşdirilib.

O qeyd edib ki, cinayətkarlar iki ya üş nəfər olublar və hadisə yerindən gümüşü rəngli “Audi A8” markalı avtomobil ilə Krilatsk təpəsi küçəsi istiqamətinə uazaqlaşaraq gizləniblər.

Ria “Novosti”nin məlumatında güllələnin avtomobildə olduğu bildirilir.

“Dörd nəfər maskalı avtomobilə atəş açıb , nəticədə bir nəfər ölüb”-deyə mənbə söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir